SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar ayında Supsa limanından Bakı-Supsa neft kəməri ilə nəql edilmiş 254,048 min ton Azərbaycan nefti ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar ayında SOCAR Supsa limanından 254,107 min ton neft ixrac edib. Beləliklə, 2016-cı ilin yanvar ayı ərzində Supsa limanından ixracın həcmi 0,03% azalıb.
2015-ci ildə şirkət Supsa limanından 2 mln. 794,905 min ton neft yola salıb.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.
N.Abbasova