SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar ayında Ceyhan terminalından 1 mln. 510,913 min ton Azərbaycan nefti nəql edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar ayında şirkət Ceyhan terminalından 1 mln. 697,768 min ton Azərbaycan nefti yola salıb. Beləliklə, 2016-cı ilin yanvar ayında neft nəqlinin həcmi 11% azalıb.
2015-ci ildə SOCAR Ceyhan terminalından 17 mln. 931,458 min ton Azərbaycan nefti yola salıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ConocoPhillips” (2,5%); INPEX (2,5%); “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.
N.Abbasova