“Standard & Poor`s” beynəlxalq reytinq agentliyi 2020-ci ilədək Azərbaycanda işsizliyin səviyyəsinin 5%-dək azalacağını proqnozlaşdırır.
Agentliyin proqnozlarına əsasən, 2016-cı ildə ölkədə işsizliyin səviyyəsi 2015-ci ildə qeydə alınmış 5,2%-ə qarşı 5,6%-dək artacaq.
Lakin 2017-2019-cu illərdə respublikada işsizliyin səviyyəsi tədricən azalacaq. 2017-ci ilin yekunları üzrə bu göstərici 5,4%, 2018-ci ildə 5,2%, 2019-cu ildə 5% təşkil edəcək.
2016-cı ildə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının həcmi 4,5% artacaq. 2017-ci ildə bu artım 6%, 2018-ci ildə 5%, 2019-cu ildə 1,7% təşkil edəcək.
Agentliyin məlumatına görə, 2016-2017-ci illərdə Azərbaycandan ixracın həcmi müvafiq olaraq 1% və 0,5% azalacaq, 2018-2019-cu illərdə isə 4,5% və 7,5% artacaq.
A.Əzizov