Fevralın 3-də Ədəbiyyat İnstitutunun Elektron Akt zalında bu elmi müəssisənin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) RəyasətHeyətinin birgə təşkilatçılığı ilə ədəbiyyatımızın tanınmış nümayəndəsi, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunan elmi sessiya keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə ədəbiyyatşünas və tədqiqatçıların C.Hacıbəyli şəxsiyyəti və irsi barədə çıxışları nəzərdə tutulub.
A.Zeydullayeva