Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistraturasına qəbul imtahanlarının tarixini müəyyən edib.
“Ali məktəblərin magistraturasına qəbul imtahanlarının birinci mərhələsi martın 6-da, ikinci mərhələsi iyunun 5-də baş tutacaq”, - deyə TQDK sədri Məleykə Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, elektron ərizələrin qəbulu fevralın 10-dan 19-dək keçiriləcək.
“Təhsilini magistraturada davam etdirmək istəyən şəxslər diqqətli olmalı və elektron ərizələri vaxtında doldurmalıdırlar”, - deyə M.Abbaszadə bakalavr dərəcəsi alan tələbələrə müraciət edib.
O, həmçinin əlavə edib ki, tibb rezuidenturasına imtahanların birinci mərhələsi aprelin 3-də, ikinci mərhələsi iyulun 29-da keçiriləcək.
A.Zeydullayeva