Azərbaycan gənclərin inkişafına yatırdığı kapital bu gün öz bəhrəsini verir. Milli Məclisin vitse-spikeri Bahar Muradova buna əmindir.
“Ötən illər ərzində Azərbaycanın gənclərə yatırdığı kapital artıq öz bəhrəsini verib. Azərbaycan müstəqilik əldə etdikdən sonra artıq beşinci çağırış parlament formalaşdırmışıq, burada gənclər geniş tərkibdə təmsil olunur”, - deyə B.Muradova parlamentdə gənclərlə görüş zamanı bəyan edib.
Vitse-spiker vurğulayıb ki, Azərbaycanın hərbi gücünün möhkəmlənməsi ölkə gəncləri qarşısında duran əsas vəzifələrdən biridir.
“Azərbaycan gəncləri qarşısında duran əsas vəzifə ölkənin ərazi bütövlüyünün təmin edilməsi, suveren hüquqlarımızın bərpası, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, respublikanın hərbi gücü və elmi-siyasi potensialının artırılmasıdır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan gəncləri beynəlxalq, o cümlədən dünya gündəmində liderlik məsələlərində də daha fəal olmalıdır.
“Bu, nəinki gənclərin, həm də bizim öhdəliklərimizdir. Birgə səylərimizlə bu məsələlərin öhdəsindən gələcəyik”, - deyə B.Muradova vurğulayıb.
“Azərbaycan müstəqillik əldə etdikdən sonra mürəkkəb proseslərlə üzləşdi. Bütün bu proseslər ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü sual altına qoyurdu, Azərbaycan vətəndaşlarına mənfi təsir göstərirdi, daha çox gənclər üşün təhlükəli idi”, - deyə B.Muradova bildirib.
Bütün ölkələrdə gənclərin müsbət və ya məınfi proseslərin iştirakçıları olduğunu qeyd edən deputat vurğulayıb ki, “müxtəlif dairələr gənclərin imkanlarından daha çox istifadə etməyə cəhd göstərirlər”.
“Müstəqilliyimizin ilk illərində də eyni hadisələr baş verirdi. Hər gün Azərbaycan gəncləri, onların gələcəyi, perspektivləri və taleyi böyük təhlükə və çağırışlarla üz-üzə qaldı”, - deyə o vurğulayıb.
B.Muradova bildirib ki, eks-prezident Heydər Əliyev siyasətə qayıdandan sonra təbii, siyasi, iqtisadi, həmçinin insan potensialını birləşdirərək onları gücə çevirdi və Azərbaycan dövlətinin inkişafına yönəltdi.
“Bu gün gənclər Azərbaycan dövlətinin ən güclü təməllərindən birinə çevrilib. dövlətin gənclər naminə həyata keçirdiyi iş ölkənin maraqlarına xidmət edir”, - deyə vitse-spiker qeyd edib.
“Qeyd etmək lazımdır ki, Azərbaycan gəncləri ictimaiyyət arasında öz yerini tutub. O, proseslərdən geri qalmır, hər zaman irəli gedir. Yeni zamanın yeni çağırışlarını nəzərə alaraq, bu, bir çoxları üçün əksər hallarda nümunədir. Bu faktdır. Siz həyatımızın bütün sahələrinə nüfuz edən gücə çevrilmisiniz”, - deyə o əlavə edib.
F.İsazadə