Ötən gün Azərbaycan ərazisində baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 4 nəfər yaralanıb. Bu barədə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Bazar ertəsi respublikada 100 cinayət hadisəsi qeydə alınıb, onlardan 22-i “isti izlər”lə açılıb.
Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 59 nəfər saxlanılıb.
Bundan başqa, narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
B.Rüstəmbəyov