Vergilər Nazirliyi 2015-ci ildə valyutadan ödəniş vasitəsi kimi istifadə etmiş vergi ödəyicilərini 269,2 min manat məbləğində cərimələyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
“2015-ci ildə nazirlik nəzarət tədbirləri çərçivəsində 4,599 min obyektdə valyutanın ödəniş vasitəsi kimi istifadə edilməsi faktını aşkarlayıb. Qanunu pozanlara qarşı 269,2 min manat məbləğində cərimə tətbiq edilib”, - deyə nazirlikdən bildirilib.
Bundan əlavə, 2015-ci ildə Vergilər Nazirliyi valyuta dəyişmə məntəqələrində və ticarət, məişət və inzibati xidmət obyektlərində valyutanın qanunsuz satışı ilə bağlı 5,76 min fakt aşkarlayıb.
Qanunu pozanlara qarşı tətbiq edilən cərimələrin ümumi məbləği 609,5 min manat təşkil edib.
A.Axundov