2016-cı il yanvarın 29-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $4 mlrd. 398,5 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2015-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 16,7 mln. təşkil edib. Beləliklə, bu ilin yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları $618,2 mln. və 12,3% azalıb.
2015-ci ilin yanvar ayının sonuna olan göstərici ilə müqayisədə AMB-nin valyuta ehtiyatları 2,88 dəfə azalıb.
Xəbər verildiyi kimi, 2015-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 2,7 dəfə azalıb.
A.Axundov