Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 3-nə manatın rəsmi məzənnəsini fevralın 2-nə olan 1,594 manat/$1 səviyyəsinə qarşı 1,5894 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara nisbətən 0,2886% möhkəmlənir.
Xəbər verildiyi kimi, AMB 2015-ci il dekabrın 21-də manatın üzən məzənnəsinə keçib.
A.Axundov