"Viza Kredit" BOKT 90 min manatlıq istiqraz buraxmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
QKDK bankın 90 min manatlıq təmin edilməmiş istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat təşkil edən 90 ədəd istiqraza bölünüb.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
İstiqrazların tədavül müddəti 1035 gün, illik gəlirliliyi 12% təşkil edir.
Anderrayter rolunda "Kapital Menecment" MMC çıxış edəcək.
“Viza Kredit” 2011-ci ilin oktyabr ayında yaradılıb. BOKT istehlak, avtomobil və lombard kreditlərinin verilməsi ilə məşğul olur.
A.Axundov