Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 3-nə manatın rəsmi məzənnəsini fevralın 2-nə olan 1,594 manat/$1 səviyyəsinə qarşı 1,5894 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2886% möhkəmlənib.
AMB fevralın 3-nə manatın avroya nisbətən rəsmi məzənnəsini fevralın 2-də qeydə alınmış 1,74 manat/1EUR səviyyəsinə qarşı 1,7348 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,2989% möhkəmlənib.
Fevralın 3-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi fevralın 2-də qeydə alınmış 0,0206 manat/1RUR səviyyəsinə qarşı 0,0199 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 3,398% möhkəmlənib.
A.Axundov