İlin sonuna kimi Kəlbəcərdən olan məcburi köçkünlər üçün yeni yaşayış qəsəbəsinin tikintisinə başlanılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 1500 ailəlik qəsəbə salınıb. Hər bir infrastrukturu olan yeni yaşayış qəsəbəsində məktəb, körpələr evi, mədəniyyət sarayı, eləcə də digər infrastuktur obyektləri tikilib. İlin sonunadək daha bir qəsəbənin salınması planlaşdırılır”, – deyə millət vəkili Cavid Qurbanov Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşdə bildirib.
Görüşdə fermer və torpaq mülkiyyətçiləri üçün uzunmüddətli kreditlərin verilməsi, yeni subartezian quyularının qazılması, tibb müəssisələrini təmiri və digər müraciətlər səsləndirilib.
F.Mehdiyev