2016-cı il yanvarın 1-nə Azərbaycanda bankların ümumi aktivləri 34 mlrd. 906 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2015-ci il tarixinə bankların ümumi aktivləri 25 mlrd. 182,5 mln. manat təşkil edib. Beləliklə, ötən il ərzində bankların aktivləri 38,6% artıb.
Bununla belə, ötən ilin dekabr ayında bankların aktivləri 6 mlrd. 3560,1 mln. manat və ya 22,3% artıb ki, bu da 21 dekabr tarixində manatın təxminən 48% devalvasiyası ilə şərtlənir.
1 yanvar 2016-cı il tarixinə bankların kredit qoyuluşları 21 mlrd. 152 mln. manata bərabərdir (2015-ci il ərzində artım 17,4% - İF-Az). Bununla belə, 2015-ci ilin dekabr ayı ərzində manatın devalvasiyası nəticəsində kredit qoyuluşları 2 mlrd. 973,7 mln. manat və ya 16,3% artıb.
Xəbər verildiyi kimi, ötən ilin fevral və dekabr aylarında Azərbaycanda milli valyutanın devalvasiyası baş verib. Nəticədə manat dollara nisbətən 98% ucuzlaşıb.
A.Əzizov