“AccessBank” 2015-ci ildə aktivlərini 12,7% - 1 mlrd. 188, 798 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2016-cı il yanvarın 1-nə bankın kredit portfeli 922,797 mln. manata (artım 12,3%) bərabər olub.
Cari ilin əvvəlinə bankın öhdəlikləri 1 mlrd. 30,558 mln. manat (artım 14,1%) təşkil edib.
2016-cı il yanvarın 1-nə bankda depozitlər 279,813 mln. manata (azalma 0,3%), o cümlədən əhalinin əmanətləri 240,457 mln. manata (azalma 6,1%) bərabərdir.
Qeyd olunan dövrdə bankın kapitalı 158 mln. 240,14 min manat (artım 4,5%), nizamnamə kapitalı 85 mln. manat (dəyişməyib) təşkil edib.
2015-ci ildə bankın xalis mənfəəti 1 mln. 706,26 min manat həcmində olub.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, “Access Holding” və “LFS Financial Systems GmbH” şirkətləridir.
A. Axundov