Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 4-nə manatın rəsmi məzənnəsini fevralın 3-nə olan 1,5894 manat/$1 səviyyəsinə qarşı 1,5858 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2265% möhkəmlənib.
AMB fevralın 4-nə manatın avroya nisbətən rəsmi məzənnəsini fevralın 3-də qeydə alınmış 1,7348 manat/1EUR səviyyəsinə qarşı 1,7582 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 1,3489% ucuzlaşıb.
Fevralın 4-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi fevralın 3-də qeydə alınmış 0,0199 manat/1RUR səviyyəsinə qarşı 0,0206 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 3,5176% ucuzlaşıb.
A.Axundov