Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC yeni poçt markaları, suvenir vərəq və buklet nəşr etdirib. "Yaşıllığı düşün" mövzusundakı nəşr yaşıllığın təbliği məqsədi daşıyır. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında məlumat verilir.
Marka və suvenir vərəqində şəhər həyatı iki rəngdə təsvir edilib ki, bununla da zavod tullantılarının zərərləri, yaşıllıqların faydası vurğulanır.
Markaların nominal dəyəri 0,2 və 0,6 manata, suvenir vərəqin dəyəri 1 manata, bukletin dəyəri isə üzərindəki markaların qiymətinin cəminə bərabərdir.
N.Abbasova