Yaponiya hökuməti Zaqatala rayonunda su təchizatı sisteminin tikintisi üzrə layihə həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Bakıdakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bununla əlaqədar fevralın 5-də müqavilənin imzalanma mərasimi keçiriləcək. Müqaviləni Yaponiya səfiri Tsuquo Takahaşi və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə imzalayacaqlar.
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçiriləcək layihənin dəyəri $90,832 min təşkil edir.
Bu proqram çərçivəsində Azərbaycanda mədəniyyət, səhiyyə, təhsil, ekologiya və kənd təsərrüfatı sahələrində $17 mln. 856,737 min dəyərində 209 layihə həyata keçirilib.
A.Zeydullayeva