Fevralın 4-də Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Azərbaycan-Mərkəzi Asiya Maliyyə Bazarları İnfrastrukturu Layihəsi (3-cü mərhələ) çərçivəsində "Kredit məlumatlarının mübadiləsi və daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə sahəsində islahatlar yolu ilə kiçik və orta sahibkarlığın inkişafına dəstək" adlı konfrans keçirilir.
Bu barədə fevralın 4-də üçüncü mərhələnin başlanmasına həsr olunan tədbirdə İFC-nin Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova məlumat verib.
Onun sözlərinə görə, bu layihə çərçivəsində 3 il ərzində Azərbaycanda kreditlərin qaytarılması vəziyyətinin yaxşılaşdırılmasına və kredit portfelinin artmasına xidmət edəcək səmərəli kredit məlumatlarının mübadiləsi sisteminə əsaslanan özəl kredit bürosunun yaradılması planlaşdırılır. “Hər iki qanunvericilik layihəsi hazırda hökumət tərəfindən nəzərdən keçirilir”, - deyə A.Əzimova qeyd edib.
O vurğulayıb ki, layihənin ilk iki mərhələsi zamanı (2009-2015-ci illərdə) Azərbaycanın aparıcı maliyyə təşkilatları ilə birlikdə özəl kredit bürosunun yaradılması üçün hazırlıq işləri görülüb.
A.Axundov