Azərbaycan və Xorvatiya prezidentləri İlham Əliyev və Kolinda Qrabar-Kitaroviç iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində, enerji, nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsində maraqlıdırlar.
AZƏRTAC dövlət informasiya agentliyinin məlumatına görə, görüş zamanı dövlət başçıları Londonda “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində qarşılıqlı maraq ifadə ediblər.
Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirilib.
İ.Əliyev həmkarına böyük İpək Yolu və “Cənub” qaz dəhlizi layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb.
Həmsöhbətlər birgə layihələrin reallaşdırılması ilə bağlı qarşılıqlı razılığın əldə edilməsinə dair fikir mübadiləsi aparıblar.
F.İsazadə