Nazirlər Kabineti “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nı təsdiq edib.Bu barədə Nazirlər Kabinetinin rəsmi mətbu orqanında məlumat verilib.
Proqrama əsasən, vərəm xəstəliyinin aşkarlanması, diaqnostikası və müalicəsinin yaxşılaşdırılması məqsədi ilə əsas müddəalar və məqsədlər təsdiq edilib. Həmçinin Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi də nəzərdə tutulur.
Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
Bundan əlavə, Tədbirlər Proqramının həyata keçirilməsi üzrə Fəaliyyət Planı da təsdiq edilib.
A.Zeydullayeva