Azərbaycanlı tələbələr Pakistanda təhsil almağa maraq göstərmirlər. Bu barədə Pakistanın Bakıdakı səfiri Xalid Usman Qayser bildirib.
“Pakistan 2015-ci ildə Bakı Dövlət Universitetinin tələbələri üçün 50 təqaüd yeri açıb. Amma təəssüf ki, bu proqrama hələ maraq yoxdur”, - deyə X.Qayser Bakıda mətbuat konfansında söyləyib.
O, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 30-a yaxın pakistanlı tələbə təhsil alır.
“Əvvəllər onların sayı çox idi. Lakin dil probleminə, eləcə də müəyyən əngəllərə görə onların sayı azalıb”, - deyə diplomat vurğulayıb.
F.İsazadə