Nazirlər Kabineti "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" qərara dəyişikliklər edib.
Dəyişikliyə əsasən, bir nəfərə yeməklərin hazırlanması üçün 2,5 litr su, içmək üçün 16 aprel tarixindən 14 oktyabr tarixinədək (yay mövsümü) 2 litr, 15 oktyabr tarixindən 15 aprel tarixinədək isə (qış mövsümü) 1 litr su nəzərdə tutulub.
Qüvvədə olan normalara əsasən, bir hərbi qulluqçuya gündəlik 15 qram kərə yağı, 20 qram qənd, bir qram quru çay, 100 qram birinci növ çörəyin verilməsi nəzərdə tutulur.
F.İsazadə