Fevralın 11-də “Natavan” qalereyasında “Abşeron küləkləri” adlı müasir rəsm sərgisi açılacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Azərbaycan İncəsənət Konsulluğunun (“Arts Council Azerbaijan”) təşkilatçılığı ilə keçirilən sərgidə rəssamların eyniadlı müsabiqəyə təqdim etdikləri əsərlər nümayiş olunacaq.
Sərgi Abşeron mövzusuna müraciət edən müxtəlif yaşda rəssamları bir araya gətirəcək.
Sərgi fevralın 18-dək davam edəcək.
A.Zeydullayeva