Fevralın 3-də Azərbaycan ərazisində baş vermiş 1 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Ötən cümə axşamı 94 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb.
Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 64 nəfər saxlanılıb.
Bundan əlavə, narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli 13 fakt müəyyən edilib.
B.Rüstəmbəyov