İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə mənşə sertifikatının verilmə müddətini azaldıb. Bu barədə nazirliyin məlumatında deyilir.
"İqtisadiyyat Nazirliyinin 6 fevral tarixində keçirilmiş kollegiya iclasında sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb”, - deyə məlumatda qeyd olunur.
İndiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.
Bu qərar ixrac prosedurunun sadələşdirilməsi məqsədilə qəbul edilib.
A.Axundov