“Azərişıq” ASC regionlarda inzibati binaların tikintisi üçün podratçılar seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Elana əsasən, binalar 10 rayonda - Şəmkir, Samux, Tovuz, Ağcabədi, Yardımlı, Daşkəsən, Ağdam, Kürdəmir, Zaqatala və Balakəndə inşa ediləcək.
Tender 3 lot üzrə keçirilir. Hər lotda iştirak haqqı 200 manat təşkil edir.
Qeyd olunan işlərin həyata keçirilməsi üçün tender iştirakçıları zəruri texnika və maliyyə imkanlarına malik olmalıdır.
Tenderdə iştirak etmək istəyən şirkətlər təklif dəyərinin 2%-i həcmində bank zəmanəti ilə müşayiət olunan təkliflərini martın 30-na qədər təqdim etməlidirlər.
Tender proseduru 1 aprel tarixində baş tutacaq.
Xəbər verildiyi kimi, Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyasına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.
N.Abbasova