“DəmirBank” “Zolotaya Korona” beynəlxalq pul köçürmələri xidmətinin yeni iştirakçısı olub. Bu barədə xidmətin məlumatında deyilir.
“Yeni iştirakçı sayəsində “Zolotaya Korona” sisteminin xidmət infrastrukturu demək olar ki, Azərbaycanın bütün regionlarında genişlənib”, - deyə məlumatda bildirilir.
1989-cu ildə yaradılmış “DəmirBank” Azərbaycanın ilk özəl və aparıcı banklarından biridir. Bankın geniş filial şəbəkəsi respublikanın demək olar ki, bütün regionlarını əhatə edir ki, bu da yaşayış yerindən asılı olmayaraq bütün müştərilərə müasir bank xidmətlərinin göstərilməsini təmin edir.
Bank müştərilərisərfəli tariflə - 1%-dən (əməliyyatın məbləğ və istiqamətindən asılı olaraq) başlayaraq “Zolotaya Korona” ilə pul köçürmələrini MDB ölkələrinə və uzaq xaricə həyata keçirmək imkanı əldə ediblər. Bundan başqa, Bundan başqa, bankda xüsusi təklif - “0% tarifi” qüvvədədir: xidmət məzənnəsi üzrə valyuta köçürməsinin konvertasiya ilə göndərilməsi zamanı xidmətə görə komissiya mövcud deyil. Köçürmələr ani, ünvansızdır, hesab açılmadan göndərilir.
“DəmirBank” sosial yönümlü maliyyə institutudur və öz müştərilərinə həyat keyfiyyətini yüksəldən və rahatlaşdıran müasir bank xidmətlərinin bütün spektrləri üzrə xidmət təklif etməyə çalışır”, - deyə məlumatda bankın İdarə Heyətinin sədr müavini Azər Hümbətova istinadən bildirilir.
“Biz Azərbaycanın bankları ilə tərəfdaşlıq münasibətlərimizi inkişaf etdirməyə çalışırıq. Bunun sayəsində ən müasir maliyyə xidmətlərindən kütləvi şəkildə istifadə etmək mümkün olacaq. Biz şadıq ki, Azərbaycanın bank sahəsinin liderləri, o cümlədən bizim yeni tərəfdaşımız “DəmirBank” Azərbaycanın qabaqcıl texnologiyalarının inkişafına və daha çox tələbat olan maliyyə məhsullarının spektrinin genişləndirilməsinə xüsusi diqqət ayırır”, - deyə “Zolotaya Korona” pul köçürmələri sisteminin direktoru İvan Sitnov qeyd edib.
“DəmirBank” 1989-cu ildə yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxs, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm) və Hollandiya İnkişaf Maliyyə Şirkətidir (FMO, 10%).
A. Əzizov