Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Bu, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabıdır.
Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərə qədər) yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər beyt-beyt, qəzəl-qəzəl, abzas-abzas yığılıb bir kontekst daxilində toplanıb.
Kitabda söz sənətkarlarımızın ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara, başqa xalqlara məxsus alimlərə, yazarlara, gözəllərə sonsuz ehtiramın təsviri, tərənnümü faktlarla öz təsdiqini tapıb.
Qeyd edilib ki, bu gün xalqımıza xas olan tolerant, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb. Bu isə prezident İlham Əliyevin dediyi “Multikulturalizm Azərbaycan xalqına tarixən xas olan dəyərdir” sözlərinin əyani göstəricisidir.
“Azərbaycan multikulturalizminin qaynaqları” adlı seriyanın növbəti əsərləri (“Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik qaynaqları” və “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları”) yaxın gələcəkdə işıq üzü görəcək. Bu əsərlər multikultural qaynaqlarımızın çoxşaxəli və çoxistiqamətli olmasının bariz nümunələri kimi təzahür edir.
Həmin seriyanın baş elmi redaktoru millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla, tərtibçiləriAMEA-nın müxbir üzvü Möhsün Nağışoğlu, professor Fərid Ələkbərli, filologiya üzrə fəlsəfə doktorları Əkrəm Bağırov, İbrahim Quliyev, rəyçiləri isəakademik Teymur Kərimli, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə və nəşrə məsul fəlsəfə doktoru Rəşad İlyasovdur.
Ön sözün müəllifi akademik Kamal Abdulladır.
A.Zeydullayeva