Bakı Slavyan Universitetinin (BSU) strateji inkişaf planına uyğun olaraq mövcud strukturların optimallaşdırılması, kadr potensialından daha səmərəli istifadə məqsədi ilə islahatlar aparılır.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə universitetdən məlumat verilib.
BSU-nun mətbuat xidmətindən verilən məlumata görə, universitetdə 7 kafedra, 5 şöbə və 2 elmi-tədqiqat laboratoriyası ləğv edilib.
Ləğv edilmiş strukturların bir sıra funksiyaları digər uyğun qurumlarda cəmlənib, tədris strukturları isə təhsil sahəsində yeni tələblərə və beynəlxalq təcrübəyə uyğun şəkildə birləşdirilərək yenidən formalaşdırılıb.
Ləğv olunmuş fakültələrin bazasında “Filologiya və jurnalistika” və “Beynəlxalq münasibətlər və tərcümə” fakültələri yaradılıb.
A.Zeydullayeva