ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta “Xocalı Anım” qrupu ilə görüşüb.
“ABŞ-ın səfiri “Xocalı Anım” qrupu ilə onların faciə haqqında fikirlərini eşitmək üçün görüşüb”, - deyə səfirliyin “Twitter” səhifəsində məlumat verilir.
R.Sekuta qeyd edib ki, keçmiş faciələr yad olunmalıdır və təkrar faciələrin qarşısını almaq üçün barışıq səyləri ilə irəliləmək lazımdır.
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bütün tərəflər addımlar atmaq zərurətindədir”, - deyə R.Sekuta vurğulayıb.
F.İsazadə