“Günay” uşaq teatr studiyası fevralın 7-də Rəşid Behbutov adına Mahnı Teatrında “Yesenin” adlı tamaşanı təqdim edib. Bu barədə “İnterfaks-Azərbycan” agentliyinə “ Rossotrudniçestvo” təşkilatının Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Bu kollektivin yeni yaradıcılıq işidir. Tamaşaya uzun müddət hazırlıq gedib və o, şairin anadan olmasının 120 illiyinə həsr olunub.
“Günay” teatrının rəhbəri Larisa Tarusova tamaşdan öncə qeyd edib: “Kollektivimiz teatr dilində şairin həyat və yaradıcılığı barədə danışmaq istəyirdi. Yesenini Azərbaycanda çox sevir və qiymətləndirirlər. Bu arzumuz yerinə yetdi. Xoreoqraf Günəş Talıbova və yetişdirmələrimizlə birlikdə biz bu tamaşanı sizin mühakimənizə veririk, bu tamaşanı şairin diliylə “ Mənim bioqrafiyam şerlərimdə “ adlandırmaq olardı.
Tamaşada Alan Suleykin ( Sergey Yesenin), Gülər İsmayılova ( Sergey Yeseninin anası), Leyla Yusifova ( Aysedora Dunkan), və başqaları rol alıblar. Tamaşada 3-20 yaş arası aktyorlar çıxış ediblər.
Tamaşanın premyerası R.Behbudov adına Mahnı Teatrının rəhbərliyinin və “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
A.Zeydullayeva