Azərbaycanlı istehsalçılar mart ayının ortalarında Sankt-Peterburqa konservləşdirilmiş məhsul tədarükünə başlayacaqlar. Bu barədə Sankt-Peterburq şəhərinin Sahibkarlığın inkişafı və istehlak bazarının inkişafı Komitənin sədri Elgiz Kaçayev “Business FM Peterburq” radiosunun efirindən məlumat verib.
“Hazırda Bakıda olan Rusiya nümayəndə heyəti Sankt-Peterburqa ixrac ediləcək məhsulların siyahısını müzakirə edir. Söhbət Azərbaycandan gətiriləcək konservləşdirilmiş məhsullardan gedir: Badımcan kürüsü, kampotlar, nar şirəsi, çay və s. Bununla yanaşı, biz heyva və digər kənd təsərrüfatı məhsullarının tədarük perspektivlərini müzakirə edirik”,- deyə E.Kaçayev qeyd edib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti artıq “Azersun Holding”də olub, bundan başqa, nümayəındə heyəti “Gilan Holding” in fəaliyyəti ilə də tanış olmağı planlaşdırır.
“Nümayəndə heyətinin tərkibinə “X5 Retail Group”un, nəqliyyat şirkətlərinin, “Malların keyfiyyətinə nəzarət mərkəzi” Sankt-Petreerburq dövlət müəssisəsinin nümayəndələri daxilıdirlər”,- deyə o qeyd edib.
O bildirib ki, Azərbaycanlı sahibkar valytuta risklərini minimuma endirmək üçün Sankt –Peterburqda rubl müqabilində məhsul əldə etməyə maraqlıdırlar.
“X5 Retail Group” Rusiyanın riteyler şirkəti olub, bir-neçə ticarət şəbəkəsinin və bir internet layihəsinin sahibidir.
A.Axundov