“Aqrolizinq” ASC 2005-2015-ci illərdə 23,641 min ədəd kənd təsərrüfatı texnikasını lizinqə verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib
“O cümlədən, sahibkarlara 7265 traktor, 1869 taxılyığan kombayn və digər kənd təsərrüfatı texnikası lizinqə verilib.Ümumilikdə, satılmış texnikanın 30,7%-ni traktorlar, 7,9%-ni taxılyığan kombaynlar, 61,4%-ni digər kənd təsərrüfatı maşın və avadanlıqları təşkil edib”,- deyə ASC-dən bildirilib.
2014-2015-ci illərdə “Aqrolizinq” 2014-2015-ci illərdə 6,427 min ədəd kənd təsərrüfatı texnikasın, o cümlədən 647 taxılyığan kombayn, 2,12 min traktor və digər kənd təsərrüfatı texnikası lizinqə verib.
ASC-nin məlumatına görə, satılan texnika əsasən Çin, Rusiya, Belçika, Finlandiya, Türkiyə istehsalı olub. Lakin ASC istehsalçıların istəyini nəzərə alaraq son iki ildə Avropa ölkələrində istehsal olunmuş texnikaya üstünlük verir.
“ 2014-2015-ci illərdə ASC-nin əldə etdiyi taxılyığıan kombaynlardan 507-si Avropada istehsal olunan texnika olub.Eyni zamanda fermerlərə satılmış traktorların 94,8%-ni Gəncə Avtomobil Zavodunda yığılmış “Belarus” markalı traktorlar, 5,2%-ni Avropada istehsal olunmuş traktorlar təşkil edib”,- deyə ASC-dən bildirilib.
Azərbaycanın ən iri lizinq şirkəti olan “Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
N.Abbasova