Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dünən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməli, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Q.Hüseynova