Fevralın 26-da “Fitch Ratings” Beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqinə təkrar baxmağı planlaşdırır. Bu barədə “Sberbank Investment Research”ın analitikləri qeyd ediblər.
“Yanvarın 29-da “S&P” Azərbaycanın kredit reytinqini bir pillə “BB+”-a qədər azaldıb. Fevralın 5-də “Moody’s” Azərbaycanın kredit reytinqini bir pillə “Ba1”-ə qədər azaldıb və gələcəkdə azaltma imkanı ilə təkrar baxılma sırasına yerləşdirib”, - deyə “Sberbank Investment Research”ın analitiklərinin hazırladığı “9 fevral 2016 - borc bazarları bu gün” analitik icmalda qeyd edilib.
Bu qərarlar ölkənin iqtisadiyyatı və maliyyə sabitliyi üçün neftin qiymətinin ucuzlaşması nəticəsində mənfi nəticələrlə şərtlənir. Reytinqlərin azalması iqtisadiyyatda kəskin azalma və büdcə və tədiyyə balansına təzyiqin güclənməsi ilə əlaqədar olub.
Bununla belə, “Sberbank Investment Research”ın analitikləri fevralın 26-da “Fitch Ratings” agentliyinin Azərbaycanın reytinqinə təkrar baxa biləcəyini proqnozlaşdırırlar. “Hesab edirik ki, agentlik də Azərbaycanın reytinqini azaldacaq (hazırda “BBB-” səviyyəsindədir). “Fitch”in bunu planlaşdırılan tarixdən öncə edəcəyi istisna olunmur”, - deyə icmalda vurğulanır.
A.Əzizov