2016-cı ilin yanvar ayında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 117 mln. 691 min manat vergi ödəyib. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar ayında SOCAR dövlət büdcəsinə 118 mln. 502 min manat vergi ödəyib. Beləliklə, 2016-cı ilin yanvar ayında vergi ödənişlərinin həcmi 0,7% azalıb.
Yanvar ayı ərzində SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 10 mln. 128 min manat təşkil edib (azalma 15,2% - İF-Az).
Xəbər verildiyi kimi, 2015-ci ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 480 mln. 195 min manat vergi ödəyib.
SOCAR-ın 2016-cı il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 290 mln. manat səviyyəsində müəyyən edilib.
N.Abbasova