Cari ilin yanvar ayında 105 mindən artıq aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata əsasən, 105 min 497 aztəminatlı ailə (453 min 372 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Həmin ailələrin 29 min 598-i və ya 28%-i tərkibində üç və daha çox uşağı olan ailələrdir.
Bundan başqa, ünvanlı dövlət sosial yardımı alan ailələrdə ailə üzvlərinin 216 min 529 nəfəri (47,7%) yaşı 18-dək olan şəxslərdir ki, onlardan sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin sayı 4 min 824 nəfər təşkil edir.
Qeyd olunan ailələrdə 5 min 151 nəfər 1 yaşadək uşaq var.
F.İsazadə