Gənclər və idman naziri Azad Rəhimov Gədəbəydə ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Gədəbəydə baş turat görüşdə yerli iş adamları yun tədarükü məntəqələrinin yaradılması, gön-dəri istehsalı üzrə müəssisənin fəaliyyətə başlaması kimi təkliflərlə çıxış edib. Yerli sakinlər isə bəzi sərhəd kəndlərinin mavi yanacaqla təchizatını, yeni sosial obyektlərin inşası kimi məsələləri nazirdən xahiş ediblər.
Öz növbəsində, kənd təsərrüfatı naziri Heydər Əsədov Tovuzda ictimaiyyət nümayəndələri və sahibkarlarla görüş keçirib. Görüşdə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması, yeni kanalların çəkilməsi, suvarma şəbəkələrinin qurulması, subartezian quyuların qazılmasının əhəmiyyəti qeyd edilib.
F.Mehdiyev