Bakı Slavyan Universitetinin dosenti, “Leninqrad Blokadası İştirakçıları” İctimai Birliyinin rəhbəri İrina Qədimova Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində paytaxtın 27 saylı məktəbinin şagirdləri ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
O 82 yaşında əvvəlki kimi tələbələrinə dərs deyir və artıq uzun illərdir Azərbaycanda yaşayan “Leninqrad Blokadası İştirakçıları” ictimai birliyinə rəhbvərlik edir.
Məktəblilər Leninqrad blokadasındakı ağır günlərin canlı şahidinin söhbətini maraqlıa dinləyiblər.Təcrübəli pedaqoq olaraq İ.Qədimova öz hekayəsi ilə gənclərə blokadaçıların əzablı günləri və məhrumiyyətlərini ətraflı təsvir etməyə çalışıb.
O, Neva çayı sahilindəki şəhəri müdafiə edən əsgərlərin igidliyi barəsəində böyük hörmətlə söhbət açıb.
İ.Qədimova bu yaxınlarda Sankt- Peterburq şəhərinə səfər edib. O şəhər meriyasının və “Rossotrudniçestvo” təşkilatının dəvəti ilə Leninqradın blokadadan azad edilməsinin 72 illiyinə həsr olunmuş tədbirə dəvət olunub. İ.Qədimova müasir Sankt -Peterburq barəsində də danışıb.
“ Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin sədr müavini Aleksey Konnov İ. Qədimovaya maraqlı söhbətinə görə təşəkkür edib, ona cansağlığı və uğurlar arzu edib.
A.Zeydullayeva