Azərbaycanda vergi ödəyicilərinin təxminən 90%-i elektron formada vergi bəyannamələri təqdim edirlər. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov çərşənbə günü V Vergi Forumunda bəyan edib.
“Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 62 elektron xidmət təqdim edir”, - detə S.Ələkbərov bildirib.
Onun sözlərinə görə, nazirlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanın icrası çərçivəsində Apellyasiya Şurası haqqında nizamnaməni fərmanda qeyd edilən Apellyasiya şuralarının nizamnamə nümunəsinə uyğunlaşdırılıb.
A.Axundov