Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ( SMPDK) yanında Appelyasiya Şurası yaradılıb. Bunu Komitənin aparat rəhbəri Arif Əşrəfov çərşənbə günü mətbuat konfransında bildirib.
A.Əşrəfovun rəhbərlik etdiyi şuranın tərkibinə 7 nəfər daxildiri.
Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılıb.
Apellyasiya Şurası Azərbaycan prezidenti İlham Əliyevin fevralın 3-də imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq yaradılıb.
N. Abbasova