Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ( SMPDK) enerji səmərəliliyi və yol nəqliyyatının tənzimlənməsi üzrə 2 texniki komitə yaratmağı planlaşdırır. Bu barədə SMPDK) yanında Dövlət Akkreditasiya Xidmətinin rəis müavini Sabiq Abdullayev çərşənbə günü mətbuat konfransında məlumat verib.
“Hazırda iki texniki komitənin -enerji effektivliyi və yol nəqliyyatının tənzimlənməsi komitələrinin yaradılması üzrə iş gedir. Komitələr bu il fəaliyyətə başlayacaq”,- deyə o qeyd edib.
S.Abdullayev qeyd edib ki, texniki komitələrin yaradılmasında əsas məqsəd bu sahələrdə milli , dövlətlərarası və beynəlxalq standartların yaradılmasıdır.
“Hazırda komitə yanında müxtəlif sahələri əhatə edən 9 texniki komitə fəaliyyət göstərir”,- deyə o qeyd edib.
S.Abdullayev qeyd edib ki, 2015-ci ildə SMPDK 100 yaxın dövlət standartı hazırlayıb və təsdiq edib. “ 2016-cı ildə də təxminən 100-ə yaxın standartın hazırlanması və təsdiq edilməsi gözlənilir”,- deyə o qeyd edib.
N.Abbasova