İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) hökumətə nağd əməliyyatlarına məhdudiyyətin tətbiqini tövsiyyə edir. Bu barədə
İSİM-in sədri, iqtisadçı-ekspert Vüqar Bayramov çərşənbə günü VVergi Forumunda çıxışı zamanı bəyan edib.
“Vergi inzibatçılığını təkmilləşdirmək, qeyri-neft sektorundan vergi daxilolmalarını artırmağa imkan verən tədbirlərdən biri, nağd əməliyyatlarına məhdudiyyətin tətbiqi ola bilər. Misal üçün, 1 min manat məbləğində”, - deyə V.Bayramov bildirib.
Onun sözlərinə görə, İSİM həmçinin elektron ticarət ƏDV-dan azar etməyi tövsiyyə edir.
“Söhbət internet vasitəslə xaricdən malların alqı-satqısından getmir. Söhbət daxili əməliyyatlar, məhsulların satışı həyata keçirilən fərdi mağaza və ya ofisləri olmayan, mallarını yalnız internet vasitəsilə satışa çıxaran sahibkarlardan gedir”, - deyə V.Bayramov qeyd edib.
O həmçinin investisiyaların stimullaşdırılmasına yönələn vergi sisteminin tətbiqinin əhəmiyyətini qeyd edib.
V.Bayramov əlavə edib ki, Azərbaycanda bütün dövlət orqanları arasında neftin qiymətinin ucuzlaşmasına ən hazırlıqlı Vergilə Nazirliyi olub.
A.Axundov