Azərbaycan bütün dünyaya mədəniyyətlərarası və dinlərarası dialoq məsələlərində nümunədir. Bunu İsveçin xarici işlər naziri Marqot Valstrem bildirib.
“ Mən etiraf etməliyəm ki, Azərbaycan bütün dünyaya müxtəlif dinlərin birgə yaşama yollarını göstərir. Biz dinlərarası dialoq üçün platformanı necə yaratmaq barədə çox danışmışıq. Belə bir platforma İskəndəriyyədə var, indi biz başqa hansı şəhərlərdə belə platforma yaramağın mümkünlüü barədə düşünməliyik”-deyə o, Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşdə bildirib.
O qeyd edib ki, mədəniyyətlərarası və dinlərarası dialoq bu gün dünyanın ən çox ehtiyac hiss etdiyi məsələlərdən biridir.
“ İslam, xristian və yəhudi dinlərinin nümayəndələrinin birgə və qarşılıqlı dialoqa girməsi çox vacibdir”- deyə o qeyd edib.
M. Valstrem A.Paşazadənin dinlərarası diaqloqun möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirib. M. Valstremlə QMİ-də keçirilən görüşdə Azərbaycanın bütün dini icmalarının nümayəndələri iştirak ediblər.
F.İsazadə