İsveç Krallığının xarici işlər naziri Marqot Vallström Dağlıq Qarabağın qadınları, azərbaycanlı və erməni icmaları arasında görüşün keçiriləməsi təklifi ilə çıxış edib. Bu barədə XİN başçısı Elmar Məmmədyarov mətnuat konfransında bəyan edib.
Nazirin sözlərinə görə, Azərbaycan tərəfi bu ideyanı dəstəkləyib. O vurğulayıb ki, gec və ya tez zamanda icmalarla görüşlər təşkil olunmalıdır.
E.Məmmədyarov həmçinin qeyd edib ki, İsveç Krallığının xarici işlər naziri ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub və nazirə= Azərbaycanın bu məsələyə dair mövqeyini qonağın diqqətinə çatdırıb.
F.İsazadə