İsveç Azərbaycanda hüquq müdafiəçilərinin azadlığa buraxılması qərarını alqışlayır. Bu barədə İsveç Krallığının xarici işlər naziri Marqot Vallström mətbuat konfransında bəyan edib.
Xatırladaq ki, noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi A.Yunus barəsində çıxarılmış həbs qətimkan tədbirini dəyişdirib. O, məhkəmə zalından azadlığa buraxılıb və hazırda ev dustağıdır. Ötən ilin dekabr ayında Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru L.Yunus barəsində çıxarılmış həbs qətimkan tədbirini dəyişdirib. Məhkəmənin qərarına əsasən, LYunus məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində çıxarılmış həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökm dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma, sənədləri saxtalaşdırma maddələrinə əsasən çıxarılıb.
F.İsazadə