İsveç Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması və ATƏT-in Minsk qrupunun həmsədlərinin vasitəsilə danışıqların aparılmasının tərəfdarıdır.
Bu barədə İsveç Krallığının xarici işlər naziri Marqot Vallström mətbuat konfransında bəyan edib.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan üçün vacib məsələdir. Azərbaycanlı həmkarımdam münaqişənin nizamlanması məqsədilə İsveçin hansı rol oynaya biləcəyini xəbər aldım. Bu məsələdə iştirak etməyə hazırıq. Güc tətbiq etməmək, sərhədlərin toxunulmazlığı və xalqların öz müqəddəratını təyin emək prinsiplərinə riayət etmək lazımdır”, - deyə M.Vallström bildirib.
Eyni zamanda o vurğulayıb ki, əgər zərurət yaranarsa, İsveç ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesində iştirak edə bilər.
“Əgər geniş formatda görüşün keçirilməsi zərurəti yaranarsa, münaqişənin nizamlanması məqsədilə ATƏT-in Minsk qrupunun üzvləri kimi həmin görüşdə iştirak etməyə hazırıq”, - deyə M.Vallström vurğulayıb.
F.İsazadə