Azərbaycana dərman preparatlarının idxalı zamanı ƏDV-dan azad olunma dövlət büdcəsi üçün böyük yük olmayacaq. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov çərşənbə günü jurnalistlərə bildirib.
“Son zamanlar cəmiyyətdə Azərbayxana gətirilən dərmanların ƏDV-dan azad olunması məsələsi müzakirə olunur. Paralamentdə də bu cür müzakirələrə olub. Həmin məsələ Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə daxil olub. Deyə bilərəm ki, bu tamamilə mümkündür. Büdcə həmin qərardan çox ziyan görməyəcək. Biz bu zərərləri digər mənbələrdən gəlirlər hesabına ödəməyə qadirik”, - deyə S.Ələkbərov vurğulayıb.
A.Axundov