Azərbaycan Milli Elmlər AkademiyasınınNizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Beynəlxalq Multikulturalizm qış məktəbinin müxtəlif ölkələrdən olan iştirakçıları ilə görüş keçirilib.
Görüş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoruXatirə Bəşirli qış məktəbi iştirakçılarını salamlayıb.Bildirib ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi, eləcə də bu istiqamətdə həyata keçirilən bütün işlər multikulturalizmin dövlət siyasətində prioritet olmasının göstəricisidir.
“Azərbaycanda müxtəlif konfessiyalar və etnik birliklərin dostluq, qardaşlıq şəraitində yaşayırlar, ölkədə normal multikultural mühit mövcuddur”, - deyə X.Bəşirli vurğulayıb.
Qonaqlara Muzeyin yaranma tarixi, zəngin ekspozisiya zallarında saxlanılan eksponatlar barədə rus və ingilis dillərində ətraflı məlumat verilib.
“Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldıqları Beynəlxalq Multikulturalizm qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 43, Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 tələbə, eləcə də yerli və xarici mütəxəssislər qatılıblar.
Qış məktəbi fevralın 15-dək Bakı, Quba, Xaçmaz və Qusarda öz işini davam etdirəcək.
A.Zeydullayeva